Azərbaycan Müdafiə Nazirliyi erməni tərəfinin Azərbaycan-Ermənistan sərhədinin bəzi hissələrində Azərbaycan ordusunun öz mövqelərini yaxşılaşdırmaq üçün guya aktiv mühəndis işləri aparması barədə bəyanatını “məsuliyyətsiz və əsassız” adlandırıb.
xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyinə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.
“Bu bəyanat ilk növbədə Ermənistan silahlı qüvvələrinin Azərbaycan hərbçisinin öldürülməsi ilə nəticələnən təxribatına bəraət qazandırmaq və onu ört-basdır etmək məqsədi güdür”.
Nazirlikdən bildiriblər ki, Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan hissəsində vəziyyət son vaxtlar sabit idi, ancaq Ermənistanın müdafiə və xarici işlər nazirlərinin oraya səfərindən sonra ermənilər təxribat törətməyə başlayıblar”.