Daxili İşlər orqanlarında növbəti təyinat olub.
Bizimaz.az: Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, polis kapitanı Seymur Quliyev Şabran rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi təyin olunub.
Xəbəri Şabran rayon Dövlət Yol Polisi Şöbəsindən Unikal.org-a təsdiqləyiblər.
Qeyd edək ki, bir müddət öncə Gədəbəy Rayon Dövlət Yol Polisi şöbəsinin keçmiş rəisi polis kapitanı Seymur Quliyev vəzifəsindən azad edilərək sərəncama götürülmüşdü.