Rusiya prezidenti Vladimir Putinlə suriyalı həmkarı Bəşər Əsəd arasında görüş keçirilib.
"RİA Novosti"yə istinadən xəbər verir ki, görüş Rusiyanın Soçi şəhərində baş tutub.
Məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib. Əsədin Soçiyə işgüzar səfərə gəldiyini deyən Peskov prezidentlərin danışıqlar apardığını bildirib.
Görüşün detalları açıqlanmayıb.