Xəbər lenti



İsrailin Qüds şəhərini qəsb etməsinə imkan verməyəcəyik.

 

Bunu Türkiyə lideri Rəcəb Tayyip Ərdoğan iftar süfrəsində çıxışı zamanı bildirib.

“Fələstinlilər yenidən repressiyalara məruz qalır. Biz öz fələstinli qardaşlarımıza əlimizdən gələn yardımı əsirgəməyəcəyik.

İsrailin Qüdsü qəsb etməsinə imkan verməyəcəyik. İsrailin əməllərinə biganə qalsaq, dünya quldurların hökmranlıq etdiyi xaosa qurşanacaq”, -deyə Ərdoğan bildirib.

Ərdoğan eyni zamanda BMT-nin Qəzzadakı hadisələrə görə fəaliyyətsizliyindən şikayətlənib.

“BMT artıq öz potensialını tükədib. Bu təşkilat bitib, süquta uğrayıb. BMT baş katibi ilə əlaqə yarada bilmirəm”, - deyə Ərdoğan vurğulayıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov