Xəbər lenti



Millət vəkili Qənirə Paşayeva Qovlar şəhərində sakinlərlə görüşüb, onların qayğıları ilə maraqlanıb.

 

Bizimaz.az xəbər verir ki, millət vəkili görüş zamanı Qovlar şəhər sakinlərini narahat edən problemlərlə bağlı qeydlər apararaq həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib.

Q.Paşayeva sakinlərin bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və onların bəzi təkliflərini parlamentdə səsləndirəcəyini də deyib.

Millət vəkili sakinləri narahat edən bir sıra digər məsələləri rayonda həll edib.

Q.Paşayeva həmçinin fiziki imkanları məhdud insanları, xəstələri də ziyarət edib, qayğıları ilə maraqlanıb. Sakinlərlə görüşdə bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələrlə bağlı söhbətlər, müzakirələr aparılıb.

Millət vəkili Prezident İlham Əliyevin rəhbərliyi altında son illərdə ölkəmizdə, o cümlədən Tovuzda aparılan quruculuq və abadlıq işlərinin daha da güclənməsindən, insanların sosial rifah halının daha da yaxşılaşmasından danışıb.

Görüşün sonunda sakinləri maraqlandıran bir sıra suallar cavablandırıb.

istinad
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov