Rəsmi Ankara ABŞ və İsraildəki səfirlərini Türkiyəyə geri çağırıb.
Bu barədə Türkiyə Baş nazirinin müavini Bəkir Bozdağ açıqlama verib.
O, bildirib ki, Qəzza zolağında baş verən hadisələrlə əlaqədar Türkiyədə 3 gün matəm elan edilib.
Qeyd edək ki,
ABŞ-ın İsraildəki səfirliyini
Qüdsə köçürməsi qərarına etiraz edən fələstinlilərlə İsrail hərbçiləri arasında toqquşmalar olub. Qəzzada baş verən qarşıdurma nəticəsində 55 fələstinli həlak olub, 2771 nəfər yaralanıb.