Xəbər lenti



Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qüds ətrafında baş verən hadisələrlə əlaqədar İslam Əməkdaşlıq Təşkilatının (İƏT) təcili iclasını çağırıb.

O, fövqəladə toplantının həftənin cümü günü keçiriləcəyini, bundan başqa genişmiqyaslı mitinqlərə başlanılacağını deyib.

"İstər ABŞ, istərsə də İsrail olsun, mən bu soyqrıma dəstək verənləri lənətləyirəm. İslam Əməkdaşlığı təşkilatını cümə günü toplantıya çağırırıq. Cümə günü Yenikapıda, bazar günü Diyarbəkirdə mitinqlərimiz olacaq", - deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Qəzza zolağında baş verən toqquşmalarda ölən fələstinlilərin xatirəsinə Türkiyədə 3 gün matəm elan edilib, ABŞ və İsraildəki səfirlər geri çağırılıb.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov