Ərəb Dövlətləri Liqası ABŞ-ın İsraildəki səfirliyini qanunsuz olaraq Qüdsə köçürməsi məsələsini müzakirə etmək üçün fövqəladə iclas keçirəcək.
Bu barədə Misirin MENA xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, toplantı mayın 16-da, üzv ölkələrin Ərəb Dövlətləri Liqasındakı daimi nümayəndəlikləri səviyyəsində keçiriləcək və Vaşinqtonun qərarına qarşı əks tədbirlər barədə fikir mübadiləsi aparılaraq, mümkün addımlar nəzərdən keçiriləcək.
Qeyd edək ki, bu gün
ABŞ İsraildəki səfirliyini paytaxt Təl-Əvivdən
Qüdsə köçürür.