Xəbər lenti



Mən bu gün də Bəşər Əsədə qarşıyam, Əsədin yanında deyiləm.

 

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Britaniyanın BBC telekanalında yayımlanan “Hard Talk” proqramında çıxışı zamanı deyib.

“Biz Əsədin yerində qalmasını qətiyyən istəmirik və uyğun görmürük. Lakin istər Rusiya, istərsə də İranla üçtərəfli şəkildə atdığımız addımlar Suriya xalqının əmin-amanlığı üçündür. Əgər biz ABŞ, İngiltərə və Fransa ilə birlikdə bu işləri apara bilsəydik, bu gün bəlkə də onlarla bu prosesi idarə edirdik. Ancaq onlarla birgə bu prosesi idarə edə bilmədik. Məsələn, Rakka əməliyyatında ABŞ terror qruplaşmaları ilə bərabər şəkildə hərəkət etdi. “Birgə təşkil edək” dedik, bizimlə birlikdə etmədi. Ona görə də biz terrorla mübarizədə bizimlə bərabər hərəkət etməyə qərar verən Rusiya ilə bu addımı atmalı olduq”, - Ərdoğan bildirib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov