Bu gündən məktəbəhazırlıq qruplarına elektron ərizə qəbulu başlayacaq. Bizimaz.az xəbər verir ki, Təhsil Nazirliyindən "trend"ə verilən məlumata görə, nazir Ceyhun Bayramovun 2019-2020-ci dərs ilində dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının təşkili barədə imzaladığı əmrə əsasən bu proses sentyabrın 25-dək davam edəcək.
Məktəbəhazırlıq qruplarına sənəd qəbulu mektebeqebul.edu.az saytı vasitəsilə elektron qaydada həyata keçiriləcək.
Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 2014-cü ildə anadan olmuş uşaqlar qəbul olunurlar.