Azərbaycandan Həcc ziyarətinə gedən zəvvarların ilk qrupu bu gün Vətənə dönüb.
Bizimaz.az: bu barədə Trend-ə Qafqaz Müsəlmanları İdarəsindən bildirilib.
Zəvvarların ilk qrupunu gətirən təyyarə saat 14:20-də Bakıya çatıb.
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə getmək üçün 1400 nəfərlik kvota qoyulub.
Xatırladaq ki, zəvvarların avqustun 21-dən 25-ə qədər Həcc ziyarətindən Azərbaycana dönmələri planlaşdırılır. Onlar 8 təyyarə reysi ilə geri qayıdacaqlar.
Bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 4285 dollar təşkil edir.