Xəbər lenti



Azərbaycan əraziləri azad edilmədən Türkiyə-Ermənistan münasibətlərinin normallaşması haqqında söhbət belə gedə bilməz.

 

Bunu Trend-ə Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndidə xarici jurnalistlər üçün keçirdiyi brifinq zamanı etdiyi bəyanatları şərh edərkən Türkiyə Prezidenti Administrasiyasından bildiriblər.

Administrasiyadan qeyd ediblər ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini dəstəkləyir: "Dağlıq Qarabağ məsələsində Türkiyənin mövqeyi dəqiq və aydındır və Ermənistan işğal olunmuş Azərbaycan ərazilərini qeyd-şərtsiz azad etməlidir".

Ermənistanın qondarma "erməni soyqırımı" iddialarına gəlincə isə, administrasiyadan bildiribər ki, Türkiyə 1915-ci ilin hadisələrini araşdırmaq üçün özünün bütün arxivlərini açıb: "Arxivlərin açılması barədə bir neçə dəfə prezident Rəcəb Tayyib Ərdoğan bəyan edib. Əgər tarixdə ermənilərə qarşı "soyqırım" olsaydı, Ermənistan Ankaranın arxivlərin açılması barədə təklifi ilə razılaşardı".

Qeyd edək ki, bu gün Ermənistanın baş naziri Nikol Paşinyan ilkin şərtlər olmadan Türkiyə ilə münasibətləri normallaşdırmağa hazır olduğunu bildirib.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov