"Ermənistanın yeni baş nazirinin Şuşaya getməsi qanun pozuntusudur" Bunu jurnalistlərə açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov deyib. O bildirib ki, Paşinyan Şuşaya getdiyinə görə peşman olacaq:
"Çünki onun günahsız insanların qanına bulaşan torpaqlara ayaq basması günahdır".
B.Səfərov, həmçinin icmalar arasında görüşlərin keçirilməsi məsələsinə toxunub. Qeyd edib ki, bununla bağlı hələlik heç bir gözlənti yoxdur: "Orada yeni hökumət formalaşmalıdır. Yeni komanda ilə yeni baş nazir əgər işğalçılıq siyasətindən əl çəkəcəksə, o zaman yaşaya biləcəklər. Yoxsa onların günü əvvəlkindən daha da pis olacaq".