Ankara Qərbin Balkanlarda böhran və qeyri-sabitlik yaratmaq planlarını pozur.
xəbər verir ki, bu bəyanatı Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan səsləndirib.
“Qərb dövlətləri bizim Balkanlardakı fəaliyyətimizə, bu regiondakı təşəbbüslərimizə və səylərimizə ədavlətli şəkildə reaksiya göstərir.
Bəzilərinin bizim Serbiya, Bosniya və Herseqovina ilə sıx əməkdaşlığımızı görən gözü yoxdur. Onlar bizim fəaliyyətin mahiyyətini təhrif etməyə çalışırlar, çünki bu əməkdaşlığın öz bəhrəsini verməsi onları yaman narahat edir.
Türkiyənin səyləri onların böhran və qeyri-sabit vəziyyət yaratmaqla gerçəkləşdirmək niyyətində olduqları planları pozur, onların regionla bağlı məkrli niyyətlərini həyata keçirməsinə mane olur.”, - deyə Ərdoğan Serbiya prezidenti Aleksandr Vuçiçlə birgə mətbuat konfransında bildirib.