Dövlət İmtahan Mərkəzi “Abituriyent” jurnalının 7-ci nömrəsini nəşr edib.
Bizimaz.az: Moderator.az xəbər verir ki, bu nömrədə eyni zamanda həm təhsili ödənişli əsaslarla aparılan ixtisaslar üzrə, həm də dövlət sifarişi əsasında aparılan yerlər üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları, həmçinin dövlət sifarişi əsasında qəbul olan abituriyentlərin ali təhsil müəssisələri və ixtisaslar üzrə paylanması barədə məlumatlar, müsabiqədənkənar qəbul olmuş abituriyentlərin siyahısı və müsabiqənin birgə aparıldığı ixtisaslar üzrə plan yerlərinə Azərbaycan və rus bölmələrindən qəbul olan abituriyentlərin sayı haqqında məlumat təqdim edilib.
Jurnalda həm təhsili ödənişli əsaslarla aparılan ixtisaslar üzrə, həm də dövlət sifarişi əsasında aparılan yerlər üzrə müsabiqə nəticəsində alınmış uyğun keçid balları verilib. Keçid balı müsabiqə nəticəsində hər ixtisas üzrə formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abituriyentin balına bərabər olan göstəricidir. Ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisas öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Odur ki, hər il keçid balları müsabiqə nəticələrindən asılı olaraq dəyişir.
Bu il keçirilən qəbul imtahanlarında iştirak edən abituriyentlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasına əsasən bütün ixtisas qruplarında yüksək bal toplayanların sayı ötən illə müqayisədə az idi. I, II və IV ixtisas quplarında bütün bal intervalları üzrə abituriyentlərinin sayının azalmasını müşahidə etmək olurdu, yalnız III ixtisas qrupu üzrə 500 və daha aşağı bal toplayanların sayı bu il daha çox idi və bu da keçid ballarına öz təsirini göstərib.
Həmçinin bu il ali təhsil müəssisələrinə qəbul planı ötən illə müqayisədə daha çox idi. Ümumilikdə 2807 yer və ya 6.22% artım var idi. Dövlət sifarişli üzrə isə plan yerlərinin sayı kəskin artırılmışdı. 47966 plan yerindən 20189 yer dövlət sifarişli idi və ötən illə müqayisədə bu 7985 yer və ya 65,43% artım deməkdir.
Təbii yuxarıda qeyd olunan amillər bu il ixtisaslar üzrə, xüsusilə də dövlət sifarişli yerlər üzrə keçid ballarının daha aşağı formalaşacağı proqnozunu verməyə əsas verirdi. Bunu artıq builki keçid ballarına baxmaqla da müşahidə etmək olar.
Nümunə olaraq 2018-ci ildə ərizələrində birinci yerdə ən çox göstərilmiş ixtisaslar üzrə dövlət sifarişli və ödənişli əsaslarla formalaşan keçid balları və onların 2019-cu ildəki keçid balları ilə müqayisəsini təqdim edirik.
Azərbbaycan bölməsi
İxtisas qrupu
|
İxtisasın adı
|
Keçid balı 2018
(Ödənişli /DS)
|
Keçid balı 2019
(Ödənişli/DS)
|
I
|
Riyaziyyat müəllimliyi (BDU)
|
540 / 540
|
522.3 / 522.3
|
II
|
Maliyyə (tədris ingilis dilində ADİU)
|
667/ 667
|
643.4 / 643.4
|
III
|
Xarici dil müəlliliyi (ingilis dili üzrə, ADU)
|
416 / 584
|
464.6 / 527.4
|
IV
|
Müalicə işi (Azərbaycan Tİbb Universiteti)
|
609 / 662
|
575.4 / 578.7
|
V
|
Fiziki tərbiyə və çağırışa qədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə, ADBTİA)
|
53 / 74*
|
96.8 / 112.6*
|
Rus bölməsi
İxtisas qrupu
|
İxtisasın adı
|
Keçid balı 2018
(Ödənişli/DS)
|
Keçid balı 2019
(Ödənişli/DS)
|
I
|
İnformasiya texnologiyaları (ADNSU)
|
329 / 538
|
366.5 / 366.5
|
II
|
Turizm və otelçilik (ATMU)
|
356 / 418
|
347.4 / 347.4
|
III
|
Xarici dil müəlliliyi (ingilis dili üzrə, ADU)
|
288 / 588
|
318.9 / 528.1
|
IV
|
Müalicə işi (Azərbaycan Tİbb Universiteti)
|
554 / 662
|
344.5 / 589.4
|
V
|
Dizayn (ADRA)
|
56 / 74*
|
157.2/ 157.2*
|
*2018-ci ildə V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün buraxılış imtahanından maksimal toplanıla biləcək bal 90, 2019-cu ildə isə 300 baldır.