Xəbər lenti


 Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü ilə 97 saylı Seçki Dairəsinə daxil olan Goranboy, Ağdam və Tərtər rayonlarının aztəminatlı ailələrinə Qurban Bayramı münasibəti ilə bayram sovqatları verilib.

 

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyevin təşəbbüsü ilə Qurban bayramı ərəfəsində, avqustun 10-da Goranboy, Ağdam və Tərtər rayonlarının bir sıra yaşayış məntəqələrində deputatın ofisinin nümayəndələrinin seçicilərlə səyyar görüşləri keçirilib.
Görüşlərdə Prezident İlham Əliyevin rəhbərliyi altında son illər ərzində ölkəmizdə və adı çəkilən rayonlarda uğurla həyata keçirilən dövlət proqramları, infrastruktur layihələri, quruculuq-abadlıq işləri xüsusi vurğulanıb, dövlət başçısının əhalinin və vətəndaşlarımızın sosial müdafiəsinə gücləndirilməsinə yönələn yeni islahatlar paketinin mahiyyəti haqqında seçicilərə ətraflı məlumat verilib. 
Səyyar görüşlərdə həmçinin dövlətimizin sosial siyasətinin mərkəzində Azərbaycan vətəndaşının dayanması  və bu istiqamətlərdə görülən  işlər yüksək dəyərləndirilib, yerli ictimaiyyətin iştırakı ilə Goranboy rayonunundan 410, Tərtər rayonunundan 90 və Ağdam rayonunundan 350, bütövlükdə isə 3 rayon üzrə 850 şəhid, əlil və aztəminatlı ailənin hər birinə millət vəkilinin adından Qurban bayramı münasibətilə təbrik açıqcaları ilə birgə qurbanlıq ət payları və bütün zəruri ərzaq məhsullarından ibarət bayram sovqatları çatdırılıb.
Seçicilər onlara göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib və görüşlərdə bu kimi aksiyaların bundan sonra da mütəmadi olaraq davam etdiriləcəyi bildirilib.
 
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov