Xəbər lenti

Xəzər donanmasının mütəxəssisləri Azərbaycanın qəzaya düşən MiQ-29 təyyarəsinin axtarışlarında iştirak edəcəklər.

 

Bizimaz.az: Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Cənub Hərbi Dairəsinin mətbuat katibi Vadim Astafyev deyib. O, Xəzər donanmasının qəza-xilasetmə dəstələrinin mütəxəssislərinin artıq MiQ-29-un qalıqlarının axtarışlarına göndərildiyini bildirib.

Astafyev Azərbaycana dəstək üçün “Anatoli Qujvin” kiçik hidroqrafik gəminin, SB-45 yedək gəmisinin, çoxfunksiyalı mobil komplekslərlə komplekt edilmiş MMK-1-100 gəmisinin və 50 nəfərlik şəxsi heyətin Azərbaycana yardım üçün göndərildiyini bəyan edib. O həmçinin axtarışlara Falkon, Super QNOM Pro sualtı aparatlarının da cəlb edilməsinin planlaşdırıldığını qeyd edib.

Donanmanın 600 kvadrat kilometrlik və 40 metrlik dərinlikdə axtarışlar aparacağı, eləcə də axtarışlara 2 sutka sonra qoşulacağı vurğulanıb.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov