Xəbər lenti

Millət vəkili Qənirə Paşayeva Tatarıstan Dövlət Şurasının yubiley medalı ilə təltif edilib.

 

Bizimaz.az xəbər verir ki, medalı Q.Paşayevaya ölkəmizdə səfərdə olan qardaş Tatarıstanın Dövlət Şurası Maarif, Mədəniyyət, Elm və Milli münasibətlər Komitəsinin başqanı Razil Vəliyev təqdim edib. Millət vəkili ilə Tatarıstanda Dövlət Şurasında görüşünü məmnunluqla vurğulayan R.Vəliyev onu yenidən Kazana dəvət edib.

Görüş zamanı tərəflər arasında konkret layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

İlham Əliyevin Tatarıstanla münasibətlərin inkişafına böyük önəm verdiyini deyən millət vəkili Prezidentin rəhbərliyi altında ölkəmizdə aparılan geniş işlərlə bağlı qonağa geniş məlumatlar verib və onun səfərinin Azərbaycan-Tatarıstan münasibətlərinin inkişafına təkan verəcəyini xüsusi vurğulayıb.

Q.Paşayevanın dəvəti ilə ölkəmizdə səfərdə olan R.Vəliyevlə səfərin sonuncu günündə Tatarıstanın Azərbaycandakı Daimi Nümayəndəliyində görüş keçirilib. Nümayəndəliyin rəhbəri Alfred Zakirov başçılıq etdiyi diplomatik qurumun fəaliyyətləri barədə görüş iştirakçılarına bilgi verib, bu nümayəndəliyin Tatarıstanın Qafqazda yeganə nümayəndəliyi olduğunu deyib. O, Xalq şairinin Azərbaycana səfərini əlamətdar hadisə adlandırıb, keçirilən tədbirlərin yaddaqalan olduğunu bildirib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov