Xəbər lenti



Bu gün Türkiyənin Ordu şəhərində Azərbaycan, Gürcüstan və Türkiyənin kənd təsərrüfatı nazirlərinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə hər üç ölkənin fındıqçılarının gələcək fəaliyyəti və əməkdaşlığı müzakirə edilib.

 

Bizimaz.az: Oxu.Az xəbər verir ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimovun da qatıldığı tədbirdə diqqətçəkən hadisə yaşanıb. Belə ki, nazir qarşısındakı Azərbaycan bayrağının tərsinə qoyulduğunu görərək dərhal onu düzəldib. Nazirin bu addımı bir sıra media qurumlarının diqqətindən yayınmayıb. 

Qeyd edək ki, rəsmi görüş və tədbirlərdə asılan və yaxud qoyulan bayraqlarla bağlı öhdəliklərə görə tədbirin keçirildiyi dövlətin protokol şöbəsi məsuliyyət daşıyır.

Tədbir zamanı lentə alınan görüntüləri diqqətinizə çatdırırıq:


© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov