2019-2020-ci tədris ili üzrə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olunmaq üçün ixtisas seçimi başa çatıb. Ümumilikdə 58 289 nəfər bu imkandan istifadə edib.
Bu barədə təhsil eksperti Kamran Əsədov bildirib.
K.Əsədov deyib ki, I ixtisas qrupu üzrə 15 223 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 17 031 nəfər ixtisas seçimi ərizəsini təsdiq edib (15 101 abituriyent müsabiqə şərtini ödəyib). II ixtisas qrupu üzrə 14 181 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 14 044 nəfər ixtisas seçimi ərizəsini təsdiq edib (10 166 abituriyent müsabiqə şərtini ödəyib).
Ekspert bildirib ki, III ixtisas qrupu üzrə 11 271 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 18 265 nəfər ixtisas seçimi ərizəsini təsdiq edib (17 465 abituriyent müsabiqə şərtini ödəyib). IV ixtisas qrupu üzrə 3710 plan yeri ayrılıb. Müsabiqədə iştirak üçün 4460 nəfər ixtisas seçimi ərizəsini təsdiq edib (4082 abituriyent müsabiqə şərtini ödəyib).
V ixtisas qrupu üzrə isə 3462 plan yeri ayrılıb. 5278 nəfər ixtisas seçimi ərizəsini təsdiq edib.
Eyni zamanda, bu il ümumilikdə 46 814 abituriyent 150 və daha yuxarı bal toplayaraq ixtisas seçimi etmək hüququ əldə edib.
Qeyd edək ki, nəticələrin 8 avqustda elan olunacağı gözlənilir.
istinad