Xəbər lenti

Bakı. 3 may. Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) mərkəzləşdirilmiş informasiya sistemlərinin (FMİST) təkmilləşdirilməsi və avtomatlaşdırılmış maliyyə əməliyyatları sisteminin qurulmasına dair tətbiqi proqram təminatları, avadanlıqlar, standart proqram təminatları və sistem proqram təminatlarının satın alınmasına dair açıq tender elan edib.

“Report”un Fonda istinadən verdiyi xəbərə görə, iddiaçılar tenderdə iştirak haqqı kimi ADIF-in 300 manat vəsaitin köçürdüyü barədə bank arayışını təqdim edərək Əsas şərtlər toplusunu əldə edə bilər.

Tenderdə iştirak etmək üçün iddiaçı tenderdə iştirak üçün yazılı müraciət, iddiaçının hüquqi statusunu əks etdirən hüquqi sənədlərin (nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya reyestrdən çıxarış və s.) notarial qaydada təsdiq edilmiş surətləri, tenderdə iştirak haqqının ödənilməsi haqqında bank arayışı, tender təklifinin qiymətinin 1 (bir) % məbləğində bank təminatı (Əsas şərtlər toplusuna əlavə edilən formada), son 1 il üzrə maliyyə vəziyyəti barədə bank arayışı, Azərbaycanda vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış (xarici iddiaçılar tərəfindən məlumat), müvafiq sahədə son üç ildə həyata keçirdiyi layihələr haqqında müfəssəl məlumat, iddiaçının təklif olunan əməliyyat sistemləri və ya standart proqram təminatı üzrə sertifikatlı mütəxəssislərinin olmasını təsdiq edən sənədləri təqdim etməlidir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 12 İyun 2018-ci il 18:00 tarixinə qədər, tender təklifini və bank təminatını isə 27 İyun 2018-ci il saat 18:00 tarixinə qədər möhürlənib, imzalanmış, ikiqat zərfdə ADIF-in Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibati binasına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərf və sənədlər açılmadan geri qaytarılacaq və iddiaçı tenderdən kənarlaşdırılacaq.

İddiaçıların tender təklifləri iyunun 28-də sözügedən ünvanda açılacaq.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov