Xaçmaz rayon Polis Şöbəsinin rəisi Nofəl Məhərrəmov işdən azad olunub.
APA-nın verdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
N.Məhərrəmovun sərəncamda olduğu bildirilir. Onun yerinə hələ ki təyinat yoxdur.
***
Daxili işlər orqanlarında təyinat olub.
Unikal.org-un məlumatına görə, Daxili İşlər naziri general polkovnik Vilayət Eyvazovun əmri ilə polis polkovnik-leytenantı Hüseynov Vüqar Paşa oğlu Gədəbəy Rayon Dövlət Yol Polisi şöbəsinin rəisi təyin olunub.
istinad