Heydər Əliyev Beynəlxalq Hava Limanı Bakı və Abşeron yarımadasındakı güclü küləyə baxmayaraq adi rejimdə işini davam etdirir.
Bizimaz.az: BAKU.WS xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları”nın (AZAL) mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski Trend-ə deyib.
P.Kəsəmənski bildirib ki, uçuş cədvəlində heç bir dəyişiklik yoxdur:
"Biz vəziyyəti izləməkdə davam edirik, dəyişiklik olarsa, bu barədə ətraflı məlumat veriləcək. Hələlik iş cədvələ əsasən adi rejimdə davam edir".
Qeyd edək ki, Bakıda və Abşeron yarımadasında avqustun 5-i səhərdən avqustun 8-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, 5-də yarımadanın bəzi yerlərində arabir 30-35 m/s-dək güclənəcəyi gözlənilir.