Prezident İlham Əliyev 83 nəfərin Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi ilə bağlı Sərəncam imzalayıb.
Bizimaz.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov məlumat verib. O, bildirib ki, bu gün həmin şəxslərin andiçmə mərasimi keçirilib: "Hər bir yeni vətəndaşımızı, bu şəxslərin sevinciniə şərik olanları təbrik edir, uğurlar və layiqli vətəndaş olmağı arzu edirik".