Türkiyədə keçiriləcək növbədənkənar parlament seçkilərinə Cümhuriyyət Xalq Partiyası (CHP), İyi Partiya (İP), Səadət Partiyası (SP), Demokrat Partiyası (DP) birlikdə qatılacaq.
Bununla bağlı partiya sədrlərinin razılaşma protokolu sabah saat 17:00-də açıqlanacaq.
Məlumata görə, 4 partiyanın ittifaqının adı “Millət” və ya “Demokratiya” olacaq. Adla bağlı son qərarı partiya liderləri verəcək.
4 partiyanın ittifaqı növbədənkənar parlament seçkiləri üçün nəzərdə tutulub. Partiyalar prezident seçkilərinə isə öz namizədləri ilə qatılacaqlar.
Qeyd edək ki, Türkiyədə növbədənkənar prezident və parlament seçkiləri iyunun 24-də keçiriləcək.