Xəbər lenti

Azərbaycanda qadın idarə rəisi işdən çıxarıldı - YENİ TƏYİNAT
 

“Azərişıq” ASC-də kadr dəyişikliyi baş verib.

 

Bizimaz.az: Qurumun Tovuz Rayon Elektrik Şəbəkəsinin (REŞ) rəisi Kəmalə Abdullayeva tutduğu vəzifədən azad edilib.

Onun yerinə Zaur Şirəliyev təyin edilib. O, bu vaxta qədər Xəzər rayon Elektrik Şəbəkəsində aparıcı mütəxəssis olub.

K.Abdullayeva isə “Azərişığ”ın enerji satışı departamentinin abonent şöbəsində baş mütəxəssis vəzifəsinə gətirilib.

Xatırladaq ki, K.Abdullayeva “Azərişıq”da REŞ rəisi olan yeganə qadın olub.

Qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev "Report"a təyinatla bağlı məlumatı təsdiq edib.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov