Xəbər lenti


Müdafiə Sənayesi Nazirliyinin İnformasiya Texnologiyaları Şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

 APA-nın məlumatına görə, Müdafiə Sənayesi naziri Mədət Quliyevin əmri ilə bu vəzifəyə tanınmış jurnalist Yaşar İsakov təyin edilib.

Y.İsakov bu təyinata qədər müxtəlif vəzifələrdə çalışıb.

O, müxtəlif qəzet və saytlarda işləyib, o cümlədən "Press24.az" saytının, "Birja plyus", "Yejenedelnik" qəzetlərinin, "Bona Mente" jurnalının, "News24.az" saytının baş redaktoru olub.

Bundan başqa, Y.İsakov Bakı Beynəlxalq Avtovağzalının mətbuat xidmətinin rəhbəri, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin rəis müavini vəzifələrində çalışıb.

istinad

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov