Şamaxı rayonunun Sabir qəsəbə sakini, avtomobil qəzası zamanı ağır kəllə-beyin travması alan və 20 gün komada qalan 14 yaşlı Ruzi Həmidov Heydər Əliyev Fondunun dəstəyi ilə müalicədən sonra yenidən həyata qayıdıb. 


Bizimaz.az: BAKU.WS
 xəbər verir ki, Ruzi Həmidov may ayının 2-də Şamaxıda baş vermiş avtomobil qəzası nəticəsində ağır kəllə-beyin travması almışdı.

İlkin olaraq Bakı şəhərində xəstəxanaya yerləşdirilən yeniyetmə daha sonra müalicə və reabilitasiya kursunun davamı üçün Turkiyəyə aparılmışdı.

Həkimlər Ruzi Həmidovun 2 aylıq əməliyyat və müalicəsinin uğurla başa çatdığını bildirir. Artıq Azərbaycana qayıdan Ruzi bundan sonra reabilitasiya dovründə müəyyən fizioterapiya və digər bərpaedici kursu qəbul edəcək.




 

QALEREYA