Xəbər lenti

 

Daxili İşlər naziri Vilayət Eyvazovun əmriylə yeni təyinatlar olub.

 

Bizimaz.az: Axar.az xəbər verir ki, Bakupost.az polis polkovnik-leytenantı Vüsal Rüstəmovun Balakən Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsinə təyin edildiyini yazıb.

Bu təyinata qədər Binəqədi Rayon Polis idarəsində xidmət edən polis polkovnik-leytenantı Vüsal Rüstəmov polis orqanlarında peşəkar polis zabitlərindən hesab olunur.

Unikal.org isə nazirin müvafiq əmri ilə polis polkovnik-leytenantı Mirnemət Mirbabayevin Nəsimi rayon Polis İdarəsinin rəisi təyin olunduğunu qeyd edib.

Qeyd edək ki, polis polkovnik-leytenantı Mirnemət Mirbabayev buna qədər Göygöl Rayon Polis Şöbəsinin rəisi olub.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov