Xəbər lenti

Müdafiə Sənayesi nazirinin müavini Tofiq Rəfiyev vəzifəsindən azad olunub.

 

Report xəbər verir ki, bu barədə müvafiq sərəncam imzalanıb.

Bu vəzifəyə hələlik yeni təyinat olmayıb.

Qeyd edək ki, Tofiq Yusuf oğlu Rəfiyev 1942-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Prezidentinin 15 dekabr 2006-cı il tarixli sərəncamı ilə Müdafiə Sənayesi nazirinin müavini təyin edilmişdi.

Xatırldaq ki, Prezident İlham Əliyevin 20 iyun 2019-ci il tarixli sərəncamı ilə general-polkovnik Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsindən azad edilərək Müdafiə Sənayesi naziri təyin olunub.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov