Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan Azərbaycana səfəri çərçivəsində Gəncədə Nuru Paşanın ev-muzeyini ziyarət edib.
Bizimaz.az : Report xəbər verir ki, Nuru Paşanın yaşadığı bu ev onun silahdaşlarından birinin - Nağı bəy Şeyxzamanlının evi olub. Ev Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi tərəfindən yenidən qurulub.
Tanışlıq zamanı TİKA-nın gördüyü işlər barədə məlumat verilib, Qafqas İslam Ordusunun xilaskarlıq missiyasından, Bakının düşməndən azad olunmasından, Nuru Paşanın bu missiyanın həyata keçirilməsindəki xidmətlərindən danışılıb.
Sonda Bilal Ərdoğan ev-muzeyinin xatirə kitabına ürək sözlərini yazıb.
Xatırladaq ki, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan iyulun 26-da Gədəbəydə keçirilən Milli Yaylaq Festivalında da iştirak edib.