Xəbər verdiyimiz kimi, ötən il aprelin 11-də keçirilən növbədənkənar prezident seçkilərindən sonra Nazirlər Kabinetinin yeni tərkibi müəyyən olunub. Tərkibdə xeyli dəyişiklik edilib. Kadr islahatları seçkilərdən sonra xeyli müddət davam edir.
Bizimaz.az: Nazirlərin və məmurların yaşları cəmiyyətdə hər zaman maraqla qarşılandığından Oxu.Az yeni tərkibin ən yaşlı və ən gənc üzvlərini təqdim edir:
Nazirlər Kabinetinin ən yaşlı üzvü Baş Nazir Novruz Məmmədovdur. O, 1947-ci il martın 15-də Babək rayonunun Şıxmahmud kəndində anadan olub. Hazırda 72 yaşı olan N.Məmmədov ötən il aprelin 21-də Prezident İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə təyin olunub.
Kabinetin ən gənc üzvlərinin isə 39 yaşı var.
Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev 1980-ci ildə Bakı şəhərində anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetində “Beynəlxalq hüquq və beynəlxalq münasibətlər” sahəsi üzrə bakalavr pilləsini fərqlənmə ilə bitirib. 2002-ci ildə magistr pilləsini fərqlənmə ilə başa vuraraq magistr dərəcəsi, 2010-cu ildə hüquq üzrə fəlsəfə doktoru dərəcəsini alıb. İngilis, rus, türk, fransız dillərini bilir. Ehtiyatda olan zabitdir.
Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov da Sahil Babayevlə eyni yaşdadır.
12 yanvar 1980-ci ildə Bakı şəhərində anadan olub. Vüsal Hüseynov 1997-ci ilin sentyabrında Azərbaycan Dövlət İqtisad Universitetininin iqtisadiyyat fakültəsinə daxil olub. 2001-ci ilin sentyabrından 2002-ci ilin iyununa kimi o, Slovakiyanın paytaxtı Bratislavada, Academia İstropolitana Novada intensiv ətraf mühit iqtisadiyyatı kursunda iştirak edib.
2002-2003-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 2010-cu ilin iyununda Vüsal Hüseynov Harvard Universitetinin John F. Kennedy adına idarəçilik məktəbinin inzibati idarəçilik üzrə magistr proqramına qəbul olub.