Prezident İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif edilən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadəyə ali mükafat təqdim olunub.
Bizimaz.az: QMİ-dən Axar.az-a verilən məlumata görə, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı yubiley medalını Şeyxülislam Allahşükür Paşazadəyə təqdim edib və xoş arzularını bildirib.