Xəbər lenti



"Mən fəaliyyətdə olan möhkəm sistemi dağıda biləcəyəm"

Bunu Ermənistan müxalifətinin lideri Nikol Paşinyan parlamentdə jurnalistlərlə görüş zamanı bildirib.
"Baş nazir seçiləcəyi təqdirdə oliqarxiya, biznesin hakimiyyətdən ayrılması, müstəqil məhkəmələrin təmin olunması daxil olmaqla bütün vədlərinizi, yerinə yetirə biləcəyinizə dair zəmanət verə bilərsinizmi" sualına Paşinyan belə cavab verib: “Təbii ki, əks halda bu prosesin bir mənası olmayacaq. Bizim məqsədimiz real və müsbət dəyişikliklərə nail olmaqdır”.

Paşinyan, həmçinin köhnə kadrların öz vəzifələrində qalıb-qalmayacağına da aydınlıq gətirib: “Bütün neqativ hallar aradan qaldırılacaq. Hazırda mən bu məsələləri ad-soyad səviyyəsində müzakirə etmək istəmirəm. Prinsipləri müzakirə etmək lazımdır”.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov