Xəbər lenti



İyulun 22-də - ölkəmizdə Milli Mətbuat Gününün qeyd edildiyi bir vaxtda bir neçə media təmsilçisi Mətbuat Şurasının qarşısında aksiya keçirib. Onlar jurnalist fəaliyyətlərinin məhdudlaşdırılması barədə çıxış edib, bu məhdudiyyətlərinin aradan qaldırılmasını tələb ediblər
 
Mətbuat Şurasının sözçüsü Əvəz Rüstəmov açıqlamasında qeyd edib ki, qurumun belə bir aksiyanın keçiriləcəyi ilə bağlı heç bir məlumatı olmayıb:
 
“Bu gün bir qrup jurnalist Mətbuat Şurasının binası qarşısında aksiya keçirərək, iddia edirdilər ki, onların fəaliyyətinə məhdudiyyətlər edilir. Jurnalistlər bu məhdudiyyətlərə son quyulması tələbi ilə çıxış edirdilər. Biz məsələni araşdırdıq və məlum oldu ki, onlar üzləşdikləri problemlə bağlı Şuraya heç vaxt məlumat verməyiblər. Adətən jurnalistlər hər hansı problemlə üzləşəndə, anlaşılmazlıq yaşayanda bununla əlaqədar Mətbuat Şurasına məlumat verirlər və məsələ Şuranın müvafiq komissiyaları tərəfindən araşdırma aparılır. Bu prosedur narazı jurnalistlərin də diqqətinə çatdırıldı. Düşünürəm ki, onlar Şuranın bu mövqeyindən razı qaldılar. Hər halda özləri ilə dəqiqləşdimək daha düzgün olar”.
 
 
Qeyd edək ki, həmin jurnalistlər səhər saatlarında Daxili İşlər Nazirliyinin önündə də aksiya keçiriblər. DİN-in açıqlamasına görə hadisənin fəal iştirakçılarından olan, xırda xuliqanlıq etmiş bir nəfər saxlanılaraq Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinə aparılıb, orada fərdi söhbətdən və rəsmi xəbərdarlıq edilməsindən sonra sərbəst buraxılıb.(modern)

 

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov