“Bu günü mətbuat günündə əlbəttə ki, bundan iki əsir əvvəl çox çətin şəraitdə yaranan bütün şərqə və dünyaya Azərbaycanın tərəqqipərvər ideyalarını çatdıran insanlara borcluyuq”
Bizimaz.az: Bunu Moderator.az-a açıqlamasında millət vəkili Jalə Əliyeva milli mətbuat günü haqda danışarkən deyib. Millət vəkili mətbuat işçilərinin həyat şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən onların evlə təmin olunduğunu bildirib:
“Milli mətbuat günü münasibətilə bütün mətbuat işçilərini təbrik etmək istəyirəm. Mətbuatımız şanlı bir yol keçib, onun kökü Azərbaycanımızın tarixinə bərabərdir. Bu, Həsən bəy Zərdabinin Azərbaycan mətbuatındakı roluyla çox bağlıdır. Bu günü mətbuat günündə əlbəttə ki, bundan iki əsir əvvəl çox çətin şəraitdə yaranan bütün şərqə və dünyaya Azərbaycanın tərəqqipərvər ideyalarını çatdıran insanlara borcluyuq. Daha sonrakı illərdə isə Azərbaycan mətbuatının yaşaması və inkişaf etməsində hələ sovet totalitar rejimi zamanında çox böyük xidmətləri olmuş Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevi də bu gün rəhmətlə anmalıyıq. Milli mətbuatın təşəkkül tapmasında və inkişafında sovet qadağalarına baxmayaraq onun müstəsna xidmətləri olub. Bu gün mətbuatın dostu olan ölkə başçısı cənab İlham Əliyev sözün əsl mənasında mətbuat işçilərinin ən böyük himayədarı və qayğıkeşidir. Heç kimə sirr deyil ki, son illərdə ard-arda Azərbaycanda mətbuat işçilərinin həyat şəraitinin yaxşılaşdırılması və peşəkar fəaliyyətinin daha stimullaşdırılması üçün dövlət tərəfindən çox ciddi addımlar atılır. Jurnalistlər üçün tikilən binalar, verilən evlər, qəzetlərin maliyyələşdirilməsi, senzuranın illər əvvəl hələ H.Əliyev tərəfindən götürülməsi və tam demokratik ab-hava bütün bunlar əlbəttə ki, milli-mənəvi dəyərlərə hesablanmış addımlardır. Bu sadəcə mətbuatımızın deyil, ümumilikdə Azərbaycan mədəniyyətinə, mənəviyyatına və inkişafına yönəlmiş addımlardır. Bu xoş əhval-ruhiyyə münasibətilə hər bütün mətbuat işçilərinə işlərində uğurlar arzulayıram”.