Xəbər lenti



Ötən axşam Suriyanın müxtəlif rayonlarındakı hökumət qüvvələrinə və iranlı milislərə məxsus hərbi bazalar raket hücumuna məruz qalıb. 

, Suriya İnsan Haqları Təşkilatı raketlərin Hama şəhərindən qərbdəki 47-ci briqadanın baş qərargahına, eləcə də, Hələb aeroportunun yaxınlığındakı bazalara atıldığını açıqlayıb. 

Məlumatlara görə, partlayış səsləri Hama şəhərindən 60 kilometr şimal-şərqdəki Nahar al-Bard bazasından da eşidilib. Partlayışlar zamanı onlarla insan həlak olub və yaralanıb. 

Suriya dövlət mediyası hücumların İsrail tərəfindən həyata keçirilə biləcəyi ilə bağlı məlumat yayıb. İsrail Silahlı Qüvvələrinin nümayəndələri hadisələri şərh etmir.

Bundan əvvəl İsrail müdafiə naziri Aviqdor Liberman demişdi ki, İsrail Suriyadakı hərbi əməliyyatlara haqq qazandırır.

“Biz Rusiyanın olduğu yerlərə hücum etmək və Suriyanın daxili işlərinə qarışmaq niyyətində deyilik”, - Liberman bildirib. O qeyd edib ki, İsrailin əsas problemi İrandır.  

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov