Böyük Britaniyanın baş naziri Tereza Mey ölkənin daxili işlər naziri Ember Raddın istefasını qəbul edib.
bu barədə “Sky News” yazır.
Nəşrin məlumatına əsasən, Radd qurumun miqrasiya siyasəti ilə bağlı qalmaqala görə təzyiq altında olub. Qeyd edilir ki, DİN rəhbəri hər il ölkədən müəyyən sayda miqrantların çıxarılması barədə göstərişlərdən xəbərdar olub.
Aprelin 27-də Radd öz “Twitter” səhifəsində yazıb ki, bu qaydalar barədə bilməyib və məlumatsızlığına görə üzrxahlıq edib.
Böyük Britaniya hökuməti məsələ ilə bağlı rəsmi şərh verməyib.