Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Məhəmməd Əmin Rəsulzadənin varisi Rəis Rəsulzadə Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş medalla təltif olunub. Bizimaz.az: BAKU.WS xəbər verir ki, medalı Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov təqdim edib.
Medalla təltif olunanlar arasında bir qrup media, qeyri-hökumət təşkilatları nümayəndələri və ictimai xadimlər var.
Bundan başqa, AXC qurucularının varislərindən Leyla Abasquliyeva, Xurşud Abdullayeva, Solmaz Şıxlınskaya da medalla təltif olunublar.