Xəbər lenti



Ermənistanda baş nazir vəzifəsini icra edən Karen Karapetyan prezident Armen Sarkisyandan ölkədə növbədənkənar parlament seçkiləri təyin etməyi xahiş edib.

Karapetyan parlament seçkilərində müxalifət lideri Nikol Paşinyanın qələbə qazanacağı ehtimalını inandırıcı hesab edib.

“Yaranmış vəziyyət dalana dirənib. Paşinyan bəyan edib ki, müvəqqəti baş nazir xalqın namizədi, yəni özü olmalıdır. Mən prezidentdən siyasi qüvvələrlə məsləhətləşməyi və yeni parlament seçkilərinin təyin olunmasını xahiş etdim. Əgər Ermənistan vətəndaşları onu seçmək istəsələr, ölkənin baş naziri məhz Paşinyan olacaq”, - deyə Karapetyan bildirib.

Qeyd edək ki, Armen Sarkisyan ölkədə yaranmış mürəkkəb vəziyyəti və çıxış yollarını müzakirə etmək üçün parlamentdə təmsil olunan və olunmayan siyasi qüvvələrlə məsləhətləşmələrə başlayıb.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov