Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına rəsmi səfərinin ikinci gününə olan proqramı açıqlanıb.
xəbər verir ki,
Bakı vaxtı ilə saat 12:30-da Türkiyə prezidentinin iqamətgahında ölkə başçısının rəsmi qarşılanma mərasimi keçiriləcək.
Daha sonra Azərbaycan prezidenti
İlham Əliyev və Türkiyə prezidenti
Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olacaq.
Bakı vaxtilə saat 13:30-da VII Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası keçiriləcək.
Ardınca sənədlərin imzalanma mərasimi və ortaq mətbuat konfrası olacaq.
Saat 15:00-da isə Türkiyə prezidenti
Rəcəb Tayyib Ərdoğan ölkə başçısının şərəfinə rəsmi nahar verəcək.