Xəbər lenti



“Təəssüflər olsun ki, Ombudsmanın 2017-ci il üzrə illik məruzəsinin “İnformasiya əldə etmək azadlığı” bölməsi ilə bağlı müsbət fikir söyləyə bilmərəm. Bu bölmədə görülən işlərlə bağlı söhbət açmaq əvəzinə, ümumi xarakterli köhnə məlumatlar, təkrar tövsiyələr yer alır”.

B
unu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov Ombudsmanın 2017-ci il üzrə illik məruzəsinin müzakirəsi zaman deyib.

Ə.Amaşov bildirib ki, hesabatda ombudsmanın “İnformasiya əldə etmək haqqında” qanunun tələblərindən irəli gələn vəzifələrin tam yerinə yetirməsi görünmür. Söz və ifadə azadlığının dərinləşməsi demokratik cəmiyyətin quruculuğunun əsas şərtidir

MŞ sədri bildirib ki, dövlət bu istiqamətdəki proseslərə böyük önəm və dəstək verib: “Belə olan halda müvəkkilin “İnformasiya əldə etmək haqqında” qanundan irəli gələn tələbləri yerinə yetirmək resursunun olmaması təəccüblüdür. Neçə ildir ki, hesabatda Ombudsmanın bu istiqamətdə strukturunun təkmilləşdirilməsi məqsədilə ştat və maliyyənin ayrılması üçün Nazirlər KabinetiMaliyyə Nazirliyinə müraciətindən bəhs olunur. Necə ola bilər ki, bu müraciətlər cavabsız qalsın? Bu məsələ ciddi şəkildə öyrənilməlidir. Burada maraqlı olmayanların kimliyini bilməliyik. Milli Məclis səviyyəsində də bu məsələyə münasibət bildirilməlidir”.
© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov