“Report”a istinadən xəbər verir ki, ABŞ-ın Yerevandakı səfirliyi bu barədə rəsmi xəbərdalıq yayıb.

“ABŞ səfirliyi Ermənistanda davam edən etiraz aksiyalarından xəbərdardır. Nümayişlərin gözlənilməz nəticələri zorakılıq halları yarada bilər. Sizin təhlükəsizliyiniz üçün etiraz aksiyaları keçirilən yerlədən kənar durmağı və hadisələrlə bağlı məlumatı KİV-dən izləməyi məsləhət görürük”, - deyə xəbərdarlıqda bildirilib.

Xatırladaq ki, aprelin 13-dən Yerevanda Serj Sarqsyanın Ermənistanın baş naziri olmasına qarşı etiraz aksiyaları keçirilir.

Ölkə parlamenti aprelin 17-də S.Sarqsyanı baş nazir seçib.