Qətər Dövlətinin Əmiri Əlahəzrət şeyx Təmim bin Həməd Al Tani İlham Əliyevi Azərbaycan prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
məlumatına görə, təbrikdə deyilir: “Yenidən Azərbaycan Respublikasının
Prezidenti seçilməyiniz münasibətilə
Qətər Dövlətinin xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi və salamlarımı çatdırmaqdan böyük məmnunluq və şərəf duyuram.
Bu xoş fürsətdən istifadə edərək, Zati-alinizə əmin-amanlıq və uğurlar, qardaş Azərbaycan xalqına davamlı inkişaf, ölkələrimiz arasında mövcud olan ikitərəfli münasibətlərin isə gələcək illərdə daha da möhkəmləndirilməsini arzulayıram”.