Xəbər lenti

Leyla Əliyeva: Gənclərə dəstək verək ki, enerjilərini buna sərf etsinlər
 

"Gənclər və mədəniyyətlərarası liderlik platforması hər zaman sülh şəraitində yaşamağı təbliğ edir. Planetin bir çox ölkələrindən olan insanların dünyamızı daha yaxşı etmək üçün göstərdiyi təşəbbüslər təqdirəlayiqdir".

 

Bizimaz.az xəbər verir ki, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva V Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Gənclər sülh naminə: şiddətli ekstrimizmə qarşı əks qüvvənin formalaşdırılması – BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi ilə müzakirə" adlı plenar sessiyada çıxışında deyib.

O, qeyd edib ki, mədəni fərqliliklər, müxtəlif qavrayış sayəsində hamımızın bəşəri dəyərlərlə bir araya gəlməyimizə səbəb olur: "Gənclərin özlərinin çoxsaylı şəbəkələrinin yaradılması, bütün mümkün sərhədləri keçmək kimi bacarıqları var. Sülh və harmoniya uğrunda mübarizədə gənclər bəzən idealist-romantik mövqedən çıxış edirlər. Amma bu, çox tənqidi yanaşmadır. Gənclərin dialoqa yaxınlığı hamımızı sülhə və çiçəklənməyə gətirib çıxaracaq".

Leyla Əliyeva qeyd edib ki, təhsil sadəcə bilik, məlumat və bacarıqları peşəkar inkişaf üçün mənsimsəməklə tükənmir: "Mənəvi təhsilin əldə olunması da vacibdir. Ailə mühüm müəssisədir. Gənclərin sülhpərvər dünyada yaşamasında, dəyərlərin aşılanmasında, əməkdaşlıq və bütün bəşəriyyət üçün rəğbət və hörmətin varlığı əsas ünsürdür. Əfsus ki, dünyanızda nifrət, qəzəb, zorakılıq da var. Odur ki, gəncləri müvafiq, doğru-düzgün təlim və tədirslə maarifləndirmək onların tam potensialının reallaşdırılması üçün çox vacib məqamdır. Çünki gənclər tez öyrənmək, eləcə də tonlarla məlumat əldə etmək potensialına malikdirlər. Onlar bizim ekologiya, ətraf mühitin mühafizə olunmasında çox məlumatlıdırlar".

Heydər Əliyev Fondunun vitse-prezidenti əlavə edib ki, gənclərin üzərinə həddindən artıq vəzifə qoyulmamalıdır: "Bəzən intellektual gənclər belə tam xoşbəxt deyillər. Biz gənclərə dəstək göstərərək daha yaxşı dünyanı yaratmağa nail olmalıyıq ki, bəşəriyyətdən zövq alıb, ahəngdar dünyada yaşasınlar. Bizim üçün mühüm olan gənclərin enerjisini qüdrətləndirməkdir. Bütün gənclərimiz inkişaf üçün lazımi şəraitlə təmin edilməlidirlər. Günümüzün gənclərinin ideyaları, innovasiyaları bizim gələcək planetimizi büsbütün dəyişə bilər. Amma 617 milyona yaxın gənc hələ də riyazi bacarıqlı biliklərdən əfsus ki, məhrum olub. Gənclər inkişafın təcəssümüdür. Hər bir nəslin gələcəyi əvvəlkilərdən daha qabacıl, humanitar, tollerant, açıq təfəkkürlü olmalıdır. Bu da tarixi təbii təkamüldür. Gəlin, gənclərə öz enerjilərini qlobal problemlərin həllinə yönəltməkdə hamılıqla dəstək göstərək. Vaxt həyatımızın ən mühüm resursudur. Gəlin, onu israf etməyək. Sözlər daim həllərlə müşayiət olunmalıdır. Unudulmayacaq bir məqam varsa, o da bizim hissiyatımızdır. Bu da hər bir insana verilib. Hər bir insan mühüm fərqə səbəb olub, dayanıqlı, davamlı cəmiyyətin formalaşmasına səbəb ola bilər. Beləliklə də, onların bəşəriyyətə olan baxışını müsbət mənada dəyişə bilər.

Əziz dostlar, uşaqlar özləri birbaşa xeyirxah əməlləri etməyə meyillidirlər. Onlar bilir ki, maddi dünya heç də uğur, müvəffəqiyyət demək deyil. Həyatda ən vacib olan insanların təbəssümü, sağlamlığı, birliyi və bir-birinə olan anlayışıdır. Təmənnasız şəkildə uşaqlara dəstək olmağı hamımıza diləyirəm".

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov