Rusiya Hərbi Dəniz Qüvvələrinin Orsk desant gəmisi Aralıq dənizinə göndərilib.
Bu barədə “İnterfaks” agentliyi məlumat yayıb. Agentlik gəminin Suriyanın Tartus limanına göndərildiyini bildirib.
Gəmidə BTR-80 zirehli transportyorlarının, KAMAZ markalı yük maşınlarının, Tiqr zirehli avtomobillərinin olduğu vurğulanıb.
Qeyd edək ki, bu, Orskun Suriyaya cari ildə artıq dördüncü səfəridir.