Xəbər lenti



Rusiya prezidenti Vladimir Putin Suriya və İraqda İŞİD-in məğlubiyyətindən sonra regionda siyasi həll və quruculuq proseslərinə Ərəb Birliyi ilə yardımçı ola biləcəklərini söyləyib.

V.Putin Səudiyyə Ərəbistanında keçirilən 29-cu Ərəb Birliyi Zirvə Toplantısına məktubla müraciət edib.

Tədbirin Yaxın Şərq və Şimali Afrikanın çətin dövrdən keçdiyi bir zamanda təşkil edildiyini xatırladan Rusiya prezidenti, Suriya, İraq, Liviya və Yəməndə silahlı münaqişələrin can almağa davam etdiyini bildirib6

“Bu çətinliklər beynəlxalq cəmiyyətdən koordinasiya və kollektiv səy tələb edir və Ərəb Birliyi bu baxımdan mühüm iş görə bilər. Rusiya regional təhlükəsizliyi təmin etmək üçün Ərəb Birliyi ilə iş birliyinə hazırdır. İŞİD-in əsas qüvvələrinin məğlubiyyətindən sonra ortaya çıxan şərtlər daxilində Suriya və İraqda siyasi həll və yenidənqurma proseslərini bərabər sürətləndirməyə, həyəti məsələləri həll etməyə yardımçı ola bilərik”.

Putin sözlərinə əlavə edib ki, terrorçu qruplarla mübarizə Ərəb dövlətlərinin suverenliyi və ərazi bütövlüyünə tam hörmətlə davam etməlidir:

“Yaxın Şərqdə vəziyyət düzəlməzsə, Fələstin problemi də həll oluna bilməz. Rusiyanın mövqeyi dəyişməzdir. Qüds problemi, o cümlədən, Fələstin torpaqları ilə bağlı bütün problemlər Fələstin-İsrail birbaşa danışıqları çərçivəsində, BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının qətnamələri, o cümlədən, universal hüquq normaları əsasında Ərəb Birliyinin təşəbbüsü ilə həll olunmalıdır”.

© 2017 www.bizimaz.az - Bütün hüquqlar qorunur.
Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur.
Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.
Ünvan: Bakı AZ 1073 Mətbuat prospekti, 529-cu məhəllə, "AZƏRBAYCAN" nəşriyyatı, 2-ci mərtəbə, 44-cü otaq
Tel:(+944 12) 510 24 66; Mob:(+994 50) 346 25 52;
Təsisçi: Z.Vəliyev
Baş redaktor: Asif (Talıboğlu) Şükürov