ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman Rusiya Xarici İşlər Nazirliyinə Moskvaya qarşı yeni sanksiyaların hazırlandığına dair məktub verib.
"Kommersant" qəzeti yeni sanksiyaların Rusiyanın Əsəd rejimini dəstəklədiyinə görə tətbiq ediləcəyini yazıb.
Məktubda həmçinin ABŞ və müttəfiqlərinin Suriyanı vurma səbəbi də açıqlanıb.
***
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Rusiyaya qarşı yeni sanksiyaların sabah tətbiq ediləcəyini bildirib.
Onun sözlərinə görə, ABŞ Maliyyə naziri Mnuçin 16 apreldə sanksiyaları elan edəcək.
“Əsədlə əlaqəsi olan və və kimyəvi silah istehsalına şərait yaradan şirkətlər sanksiyalara məruz qalacaq”, - Heyli deyib.