Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.
Fonddan verilən məlumata görə, İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 21 min 973 ipoteka krediti verilib. Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 994 milyon 549 min 280 manatdan çox olub.