Türkiyənin Tunceli bölgəsinin Pülümür mahalında keçirilən əməliyyat zamanı 7 PKK terrorçusu öldürülüb.
Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyindən informasiya yayılıb.
Öldürülən terrorçulardan biri adı qırmızı siyahıda olan Medeni Sayılqandır.
Qeyd edək ki, bundan öncə media PKK terror təşkilatının üzvlərinə qarşı əməliyyat zamanı 1 əsgərin yaralandığı, 4 terrorçunun məhv edildiyini bildirmişdi.